...

Fransa məmurlarına şok xəbər

Maraqlı Materials 8 Fevral 2013 06:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir E.Qəzvini/

Fransa hökuməti məmur maaşlarının artırılmasına qarşı cıxıb. Trend-in Fransa xəbər agentliklərinə istinadən məlumatında belə deyilir. Büdcə kəsirini düşürmək üçün baş sındıran sosialistlərdən ibarət Fransa hökumətindən bildirilib ki, 2013-cü ildə də məmur maaşlarında artım müşahidə olunmayacaq.

Hökumət maaşda1 faiz artımın olması təqdirində belə, büdcənin 800 milyon avro geriliyəcəyindən xəbər verir. Qeyd edək ki, 2010-cu ildən bu yana Fransada məmur maaşları artırılmayıb. Hazırda həmkarlar ittifaqının hökumətin bu qərarına sərt addım planı gözlənilir. 5,2 milyon məmuru olan Fransada məlum olub ki, dövlət ildə bu şəxslərə büdcədən 80,6 milyard avro maaş ödəməli olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti