Azərbaycan, Bakı, 14 may /Trend/
Yaponiyanın East Japan Railway (JR) dəmir yolu şirkəti təxminən 7 min Apple iPad mini planşetini öz əməkdaşları arasında paylayacaq. Bu barədə RİA Novosti agentliyi məlumat verir.
Şirkətin əsas məqsədi - dəmir yol müştəri xidmətlərinin səviyyəsinin artırmaqdır. Yeni qurğunun köməyi ilə bələdçilər ləngimələr, qatarların hərəkətlərində dəyişikliklər və istənilən digər məlumatlar barədə sərnişinləri xəbərdar edə biləcəklər,.
Bundan başqa, JR nümayəndələrinin bildirdiyinə görə, bələdçilərə özləri ilə zəruri sənədlərin daşımasına daha ehtiyac olmayacaq, çünki bütün təlimatlar və başqa sənədlər rəqəmsal şəklinə salınacaq və qurğunun yaddaşında yerləşdiriləcək.
Kampaniyanın başlanması Tokioda iyunda nəzərdə tutulub.