Azərbaycan, Bakı, 22 iyul /Trend/
Yaponiyanın FASOTEC şirkətinin 3D texnologiyasından istifadə etməklə hazırladığı sistem sayəsində doğuşdan əvvəl ana bətnindəki körpənin üzünü aydın şəkildə görmək mümkündür.
Trend-in bazar ertəsi Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, şirkət bu məqsədlə ana bətnindəki dölün modelini çıxarmağı bacarıb.
Sistem sayəsində ailə üzvləri doğuşdan 1-2 ay əvvəl körpələrin üzünü aydın şəkildə görə bilərlər. 3D texnologiyasından istifadə etməklə körpənin bədən və orqanlarını da görmək mümkündür.
Şirkət nümayəndələri bu prosesin 500 dollara başa gələcəyini açıqlayıblar. Onların sözlərinə görə, bu texnologiyadan körpə yalnız 8-9 aylığında olarkən istifadə edilir.