...

Şahzadə Diananın ölümü ilə bağlı yeni detallar üzə çıxıb

Maraqlı Materials 19 Avqust 2013 16:00 (UTC +04:00)
Britaniyanın SAS elit xüsusi təyinatlı bölməsinin döyüşçüsü məhkəmədə şahzadəni snayperin öldürdüyündən danışıb. Bundan sonra Skotlənd Yard şahzadə Diananın guya SAS elit xüsusi təyinatlılarının əməliyyatı gedişində öldürülməsi ilə bağlı məlumatla əlaqədar rəsmi araşdırmalara başlayıb. Bu barədə Trend bazar ertəsi xarici mətbuata istinadən xəbər verir.
Şahzadə Diananın ölümü ilə bağlı yeni detallar üzə çıxıb

Azərbaycan, Bakı, 19 avqust /Trend/

Britaniyanın SAS elit xüsusi təyinatlı bölməsinin döyüşçüsü məhkəmədə şahzadəni snayperin öldürdüyündən danışıb. Bundan sonra Skotlənd Yard şahzadə Diananın guya SAS elit xüsusi təyinatlılarının əməliyyatı gedişində öldürülməsi ilə bağlı məlumatla əlaqədar rəsmi araşdırmalara başlayıb. Bu barədə Trend bazar ertəsi xarici mətbuata istinadən xəbər verir.

Belə bir bəyanat SAS-ın keçmiş döyüşçüsü, silah və döyüş sursatının qanunsuz saxlanmasında ittiham olunan çavuş Denni Naytinqeylin işi ilə bağlı keçirilən məhkəmə iclasında oxunub.

Britaniyanın "Mirror" qəzeti yazır ki, məktubda söhbət digər çavuş, yəni SAS-ın snayperi haqqında gedir. O, guya arvadı ilə söhbətində Diananın aradan götürülməsi ilə bağlı əməliyyatda iştirak etdiyinə görə lovğalanırmış. Onun adı açıqlanmasa da Naytinqeyl bildirir ki, bu hərbçi onun qonşusu olub, şahzadənin öldürülməsi ilə bağlı əhvalatı isə onun arvadı danışıb.

Skotlənd Yardın nümayəndəsi bəyan edib ki, polis bəyanatdakı faktla bağlı rəsmi yoxlamaya başlayıb. Yoxlamada məqsəd bu danışılan əhvalatın yeni təhqiqata başlamaq üçün əsas olub-olmadığını müəyyən etməkdir. İlkin təhqiqatın aparılması üçün artıq bir sıra ekspertizalar müəyyən edilib.

Qeyd edək ki, Diananın britaniyalı hərbçilər tərəfindən öldürülməsi ilə bağlı versiya ilk dəfə deyil ki, səslənir. Şahzadənin, Dodi əl-Fayedin və onların sürücüsü Anri Polun Parisdəki tuneldə Britaniya hərbçiləri tərəfindən öldürüldüklərini ilk dəfə avtomobil qəzasından az sonra Dodinin atası, sahibkar Məhəmməd əl-Fayed səsləndirib.

Onun sözlərinə görə, şahzadə Diana onun oğluna aşiq olub və islamı qəbul edərək ona ərə getməyə hazırlaşırmış. Əl-Fayed iddia edir ki, beləliklə, London Britaniya taxt-tacının vəliəhdinin anasının müsəlman olmasına yol verməyib.

Xatırladaq ki, Diana və Dodi əl-Fayed 1997-ci il avqustun 31-də avtomobil qəzasında həlak olublar. Onların olduqları "Mersedes" markalı maşın Parisdə tunelin içərisindəki dayaqlardan birinə çırpılıb. Polis belə qənaətə gəlib ki, qəza sürücünün sürəti artırması səbəbindən baş verib. Bundan başqa, analizlər onun hadisədən bir az əvvəl alkoqol və narkotik qəbul etdiyini göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti