...

Dünyada işsizlərin sayı 2013-cü ildə 5 milyon nəfər artıb

Maraqlı Materials 20 Yanvar 2014 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Dünyada işsiz insanların sayı 2013-cü ildə 5 milyon nəfər artaraq təxminən 200 milyon nəfərə çatıb. Trend-in Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Əmək Təşkilatının hazırladığı "Məşğulluğun qlobal tendensiyaları - 2014" məruzəsində deyilir.

Ekspertlərin fikrincə, bu vəziyyətin səbəbi qlobal əmək bazarında yaxşılaşdırmanı təmin etməyi bacarmamış zəif iqtisadi artımdır.

Dünyada işsizliyin orta səviyyəsi 2013-cü ildə 6,1 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti