...

İt tarixdə ilk dəfə pilot vəsiqəsi aldı (FOTO)

Maraqlı Materials 7 May 2014 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may / Trend/

Britaniya labradoru Kelli dünyada uçuş sertifikatı almış ilk itdir.

O, sahibi Qrem Mauntford ilə birlikdə ümumilikdə 250 saat uçub. Mauntfordun sözlərinə görə, dünyada uçuş stajı 50 mil olan başqa it yoxdur. Trend-in məlumatına görə, bu barədə "Metro" saytı xəbər verir.

İndi Kelli rəsmən ikinci pilot olmaq hüququna sahibdir. Ona müvafiq vəsiqə verilib.

Qeyd edək ki, Qrem Mauntford ilk dəfə sevimli itini cəmi 12 həftəlik olarkən özü ilə götürüb. İndi labradorun 3 yaşı var və bu müddət ərzində o, havada bir çoxlarının bütün həyatı boyu olmadığı qədər vaxt keçirib.

Kelli Kornuel, Uels və Şotlandiyanın ən ucqar aeroportlarında havaya qalxıb və yerə enib. İtin öz şlemi və xüsusi kəməri var.

Qrem Mauntford deyir: "Biz Kerri ilə təyyarədən enəndə adamların üzündə yaranan təbəssümü görürəm. Aeroport əməkdaşları mənim ikinci pilotumun köpək olmasına daim coşqun reaksiya verirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti