...

80 yaşlı alpinist yenə də Britaniyanın əfsanəvi zirvəsində

Maraqlı Materials 1 Sentyabr 2014 16:34 (UTC +04:00)
Böyük Britaniyanın görkəmli alpinisti ser Kristofer Boninqton Şotlandiyanın şimalında, Orkney adalarında yerləşən əfsanəvi "The Old Man of Hoy" (Qoca Hoy) zirvəsinə qalxıb. Bu barədə Trend Azərbaycan Alpinizm Federasiyasına istinadən məlumat verir.
80 yaşlı alpinist yenə də Britaniyanın əfsanəvi zirvəsində

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Böyük Britaniyanın görkəmli alpinisti ser Kristofer Boninqton Şotlandiyanın şimalında, Orkney adalarında yerləşən əfsanəvi "The Old Man of Hoy" (Qoca Hoy) zirvəsinə qalxıb. Bu barədə Trend Azərbaycan Alpinizm Federasiyasına istinadən məlumat verir.

İlk dəfə bu zirvə 1966-cı ildə elə K.Boninqtonun özü və onun iki yoldaşı tərəfindən fəth edilmişdi. Bir il sonra isə dağ eyni zamanda həyata keçirilən üç marşrutla təslim edilib. Həmin qalxmanı dünya tarixində ilk dəfə olaraq televiziyadan göstəriblər. BBC kanalının təşkil etdiyi ekspedisiyaya Britaniyanın ən yaxşı alpinistləri daxil edilmişdi. Bu barədə bəhs edən verilişə 15 mln. tamaşaçı baxırdı.

Bu dəfə 80 yaşlı Kris zirvəyə dünyanın ən yaxşı qayayadırmananlardan biri olan Leo Holdinqlə birgə qalxıb.

Ser deyib: "Hər şey yaxşıdır. Lakin 60 yaşımla müqayisədə çevikliyimi bir qədər itirmişəm".

Alpinistin özü üçün bu qalxma heç də asan olmayıb. Bundan iki həftə əvvəl Kris ən yaxın adamını - həyat yoldaşını itirib. Vendinin ölümünün səbəbi ağır xəstəlik olan MND - hərəki neyronların xəstəliyi - olub.

K.Boninqton həyat yoldaşının xatirəsinə bu müalicə olunmayan xəstəliklə mübarizə və onun öyrənilməsi üçün fond yaradıb.

"The Old Man of Hoy" zirvəsinə qalxma fondun ilk böyük tədbiri idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti