...

Çinlilər korrupsiyaya görə ölüm cəzasının tərəfdarıdır

Maraqlı Materials 4 Noyabr 2014 16:51 (UTC +04:00)
Son rəy sorğusuna əsasən, Çin əhalisinin böyük əksəriyyəti korrupsiyaya görə cəza kimi ölüm cəzasının tətbiq olunmasını dəstəkləyir.
Çinlilər korrupsiyaya görə ölüm cəzasının tərəfdarıdır

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Son rəy sorğusuna əsasən, Çin əhalisinin böyük əksəriyyəti korrupsiyaya görə cəza kimi ölüm cəzasının tətbiq olunmasını dəstəkləyir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Çinin "China Daily" qəzeti xəbər yayıb.

Rəy sorğusu göstərib ki, rəyi soruşulan respondentlərin 73,2 faizi korrupsiyaçılar və xəzinəni talayanların ən ali cəzaya məhkum edilməli olduğunu hesab edir.

Çin parlamentinin Daimi Komitəsinə baxılmaq üçün təqdim edilmiş Çin Xalq Respublikasının Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi layihəsində xalq deputatları birinci oxunuşda israfçılıq və oğurluq, eləcə də rüşvətxorluq daxil olmaqla, korrupsiya əleyhinə bəzi maddələrə dəyişiklikləri təkrar gözdən keçiriblər. Layihə daha 9 növ cinayətə görə ölüm cəzasının ləğvini nəzərdə tutur. Bundan əvvəlki dəyişikliklər layihəsi isə artıq 13 maddə üzrə cəzanı yüngülləşdirib.

Ölüm cəzası şəklində ali cəzanın ləğvini nəzərdə tutan cinayət əsasən iqtisadi xarakterli olub cəmiyyətə böyük ziyan vermir.

Pekin Universiteti yanında Hüquq Məktəbinin professorunun fikrincə, ölüm cəzasının ləğvi təkcə hüquqi deyil, həm də siyasi məsələdir. O, həmçinin qeyd edib ki, əhalinin əksəriyyətinin korrupsiyaya görə ölüm cəzasının dəstəkləməsini nəzərə alaraq, bu cəza növünün buna bənzər cinayətlərə görə saxlanması məqsədəuyğun olardı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti