...

Mənzildə çətənə plantasiyası

Maraqlı Materials 8 Yanvar 2015 12:32 (UTC +04:00)
Moskvada RF Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Federal Xidmətinin (NDNFX) əməkdaşları şəhər sakinlərinin birinin mənzilində mini çətənə plantasiyası aşkar ediblər.
Mənzildə çətənə plantasiyası

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

Moskvada RF Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Federal Xidmətinin (NDNFX) əməkdaşları şəhər sakinlərinin birinin mənzilində mini çətənə plantasiyası aşkar ediblər. Trend xəbər verir ki, bu barədə TASS-a cümə axşamı Xidmətin Moskva İdarəsinin mətbuat xidmətindən deyiblər.

Məlumatda deyilir ki, Xidmətin əməkdaşları 29 yaşlı sakinin mənzilində çətənə plantasiyası aşkar ediblər. O, çətənəni həm şəxsi istifadə, həm də satış məqsədləri üçün yetişdirib.

Mini plantasiyadan təxminən 38 çətənə bitkisi götürülüb.

29 yaşlı şəxs barəsində cinayət işi açılıb. Onu iki ilə qədər həbs cəzası gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti