Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir Məftun Salmanov/
Çində ərzaq məhsullarının sürətlə yeyilməsi getdikcə populyarlıq qazanır. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, artıq bu yarışın öz çempionları var.
Belə ki, 46 yaşlı Pan Econq 40 dəqiqəyə suda bişirilmiş 160 yumurtanı yeməklə dünya rekordu müəyyənləşdirib.
Yumurtalardan 150-si bildirçin, qalanı isə toyuq yumurtası olub.