Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir Məftun Salmanov/
Eyfel qülləsi "selfi" çəkilişi üçün dünyada ən yaxşı yer elan edilib.
Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, müvafiq reytinq turistik yerlərə həsr edilmiş "AttractionTix" portalının ekspertləri tərəfindən hazırlanıb.
Siyahı sosial şəbəkələrdə turistlər tərəfindən edilmiş "selfi"lərin öyrənilməsi əsasında tərtib edilib. Mütəxəssislər müəyyən ediblər ki, bu ilin əvvəlindən Eyfel qülləsinin fotosu "Instagram"da 10,7 min dəfədən çox paylaşılıb.
Bununla da Parisin ən görməli obyekti Floridadakı "Disney World" əyləncə kompleksini (9,9 min) və Dubaydakı Bürc Xəlifə göydələnini (8,86 min) qabaqlaya bilib.