Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir Məftun Salmanov/
ABŞ-da 52 yaşlı Şelli Qolay adlı qadın ölmüş ərindən gül dəstəsi alıb.
Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata əsasən, Cimin həyat yoldaşına göndərdiyi gül dəstəsinin üzərindəki kartda bu sözlər yazılıb: "Sevgililər günün mübarək, canım. Güclü ol. Həmişəlik səninəm".
Bu hadisə qadını xeyli təəccübləndirib, çünki əri ötən ilin iyun ayında beyin şişindən ölüb.
1986-cı ildə evlənən cütlüyün iki uşağı var. Şelli məhz övladlarının bu addımı atdığını düşünsə də, yanılıb. Qadın həqiqəti gül mağazasından öyrənə bilib. Belə ki, öləcəyini bilən Cim əvvəlcədən gül mağazasına gələrək sevgililər günündə həyat yoldaşına gül dəstəsi göndərməyi xahiş edib. Bundan sonra hər il fevralın 14-də qadına ərindən gül dəstəsi gələcək.