...

Fillər mina axtaracaqlar (FOTO)

Maraqlı Materials 24 Fevral 2015 21:30 (UTC +04:00)
Cənubi Afrika Respublikasında fillərə qoxuya görə partlayıcı maddələr axtarmağı öyrətməyə başlayıblar.
Fillər mina axtaracaqlar (FOTO)

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir Məftun Salmanov/

Cənubi Afrika Respublikasında fillərə qoxuya görə partlayıcı maddələr axtarmağı öyrətməyə başlayıblar.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, təlimləri ABŞ Silahlı Qüvvələrinin ekspertləri və heyvan təlimçiləri aparırlar.

Fillər itlərdən fərqli olaraq, qoxuları daha uzun müddət xatırlaya bilirlər. Mütəmadi silahlı münaqişələrin baş verdiyi Anqolada bu heyvanlar ərazilərdə minaları sərbəst təyin etməyi və onlardan yan keçə bilməyi öyrəniblər.

ABŞ ordusunun ekspertləri fillərin hərbi əməliyyatlar zamanı istifadə edilməyəcəyini deyirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti