...

Gəlin "iki eşşəyin arpasını bölə" bilməyən bəyi tərk etdi

Maraqlı Materials 13 Mart 2015 15:30 (UTC +04:00)
Hindistanda toyda gəlinin bəyi tərk etməsinin səbəbi qəribəliyi ilə seçilir.
Gəlin "iki eşşəyin arpasını bölə" bilməyən bəyi tərk etdi

Azərbaycan, Bakı, 13 mart /Trend/

Hindistanda toyda gəlinin bəyi tərk etməsinin səbəbi qəribəliyi ilə seçilir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, gəlin riyazi hesablamanı həll edə bilməyən bəyi tərk edib.

Belə ki, bəy qızın 15 ilə 6-nı toplamaq xahişini yerinə yetirə bilməyib. O, 21 əvəzinə 17 deyə cavab verib.

Məsələ burasındadır ki, bəyin ailəsi oğullarının təhsil səviyyəsini qarşı tərəfdən gizlədib. Adətən, Hindistanda nikah barədə bəy və gəlin deyil, onların ailələri öz aralarında razılaşırlar.

Cütlüyün toyadək yaxından tanış olmaq imkanları nadir hallarda olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti