...

Fransada manekençilərin işə cəlbi ilə bağlı qadağa

Maraqlı Materials 3 Aprel 2015 15:17 (UTC +04:00)
Fransa Milli Yığıncağının (Fransa parlamentinin aşağı palatası) deputatları həddən artıq manekençi qadının işə cəlb edilməsinin qadağan olunmasının lehinə səs veriblər.
Fransada manekençilərin işə cəlbi ilə bağlı qadağa

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Fransa Milli Yığıncağının (Fransa parlamentinin aşağı palatası) deputatları həddən artıq manekençi qadının işə cəlb edilməsinin qadağan olunmasının lehinə səs veriblər.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, müvafiq dəyişiklik anoreksiya ilə mübarizə üzrə səhiyyə haqqında qanun layihəsinə baxılması çərçivəsində edilib.

Müvafiq dəyişiklik ölkənin səhiyyə naziri Marisol Turen tərəfindən dəstəklənib.

Beləliklə, Fransada bədəninin kütlə indeksi müəyyən edilmiş parametlərdən aşağı olan modellərin işə cəlb edilməsi qadağan edilir.

Bu qaydanı pozanlar 6 ay həbs cəzasına məhkum ediləcək və ya 75 min avro cərimələnəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti