...

Partlayışdan sonra musiqi keyfi (FOTO)

Maraqlı Materials 10 May 2015 22:16 (UTC +04:00)
İraqda baş verən bomba partlayışından sonra maraqlı hadisə yaşanıb.
Partlayışdan sonra musiqi keyfi (FOTO)

Azərbaycan, Bakı, 10 may /Trend/

İraqda baş verən bomba partlayışından sonra maraqlı hadisə yaşanıb.

Trend xarici mətbuata istinadən xəbər verir ki, Bağdadın Mansuriyyə qəsəbəsində avtomobildə yerləşdirilən və 19 nəfərin həyatına son qoyan bombanın partlaması nəticəsində İraq musiqiçisi Kərim Vasifi öz kontrabası ilə hadisə yerində musiqi ifa etməyə başlayıb.

K.Vasifinin bu hərəkəti ətrafdakıları təəccübləndirib və insanlar onun ətrafına yığışıb.

Bu hərəkətini izah edən musiqiçi bildirib ki, onun məqsədi şəhərdə hökm sürən xaos, terror və zorakılığa qarşı musiqi ilə mübarizə aparmaq, insanlar arasında sülhü təbliğ etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti