Azərbaycan, Bakı, 21 avqust /Trend/
Şahzadə Diana ilə nəvəsi Şarlotta və gəlini Keyt Middltonun əks olunduğu fotomontaj sosial şəbəkələrdə mübahisələrə səbəb oldu. Trend bu barədə "Daily Express"-ə istinadən məlumat verir.
Məlumatda bildirilir ki, istifadəçilərin əksəriyyəti şəkli ədəbsiz addım kimi qəbul etsə də, bəziləri bunun təsirli olduğunu bildirib.
Şəkil ilk dəfə "Facebookda"-da avqustun 4-ü dərc olunub. Dərhal minlərlə "layk", "repost" və şərh toplayan şəkil sonradan silinib.
Montajın müəllifləri fotoda 2 şəkli birləşdiriblər: birincisi 2015-ci il iyunda şahzadə Şarlottanın xaç suyuna salınma mərasimində, ikincisi isə 1997-ci il avqustda şahzadə Diananın Tereza ana ilə görüşündə çəkilib.
Xatırladaq ki, şahzadə Diana 1997-ci il avqustun 31-i Parisdə avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Böyük oğlu Uilyam və gəlin K.Middlton bu ilin may ayında anadan olan qızlarını onun şərəfinə - Şarlotta Elizabet Diana adlandırıblar.