...

NASA Günəşdəki partlayışın şəklini çəkib

Maraqlı Materials 25 Avqust 2015 09:51 (UTC +04:00)
NASA-nın kosmik aparatı “Solar Dynamics Observatory” avqustun 24-də Günəşdəki partlayışın şəklini əldə edib.
NASA Günəşdəki partlayışın şəklini çəkib

Azərbaycan, Bakı, 25 avqust /Trend/

NASA-nın kosmik aparatı "Solar Dynamics Observatory" avqustun 24-də Günəşdəki partlayışın şəklini əldə edib. Trend-in Korrespondent.net saytına istinadən verdiyi məlumata əsasən, şəkil NASA-nın saytında dərc olunub.

Məlumatda bildirilir ki, partlayış orta səviyyəli olub.

Qeyd edək ki, NASA-nın "Solar Dynamics Observatory" kosmik rəsədxanası 5 il müddətinə Günəşin öyrənilməsi üçün nəzərdə tutulub. Rəsədxana "Ulduzla həyat" (Living With a Star, LWS) proqramı çərçivəsində 2010-cu il fevralın 11-də kosmosa buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti