Azərbaycan, Bakı, 25 avqust /Trend/
Noruolk şəhərində (ABŞ, Konnektikut ştatı) keçirilən "Norwalk Night Under Fire" avtoşousu zamanı "Shockwave Peterbilt" reaktiv yük maşını 402 metrlik məsafəni qət edib.
Trend bu barədə xarici mətbuata istinadən məlumat verir.
3 reaktiv mühərriklə təchiz olunan yük maşını yolu 8,2 saniyəyə qət edib. Mühərrikin qızması zamanı hadisə baş verib. Belə ki, dünyanın ən sürətli yük maşını alfaltı əridib, nəticədə asfaltın parçaları insanlara dəyib. Tamaşaçılar xəsarət alıb.