...

Dünyanın möhtəşəm turizm məkanları (FOTO)

Maraqlı Materials 19 May 2016 21:15
"TripAdvisor" səyahətçilər servisi dünyanın 25 ən möhtəşəm turizm məkanının siyahısını hazırlayıb.
Dünyanın möhtəşəm turizm məkanları (FOTO)

Trend-i buradan izləyin

Bakı. Elçin Hüseynov - Trend:

"TripAdvisor" səyahətçilər servisi dünyanın 25 ən möhtəşəm turizm məkanının siyahısını hazırlayıb. Trend "Vokruq Sveta" jurnalina istinadən xəbər verir ki, reytinq dünya səyahətçilərinin müsbət rəyləri əsasında tərtib edilib.

Siyahının birinci yerində ink sivilizasiyasına aid Peruda yerləşən Maçu Pikçu (Qoca Zirvə) kompleksi gəlir. İkinci yerdə isə Əbu-Dabi şəhərindəki Şeyx Zayed məscidi yer alıb. Kambocadakı "Ankqor-Vat" hindu məbəd kompleksi isə siyahıda üçüncü yerdədir.

Reytinqdə daha sonra Vatikandakı Müqəddəs Pyotr kilsəsi, Hindistandakı "Tac-Mahal" sarayı, Sankt-Peterburqdakı "Spas na Krovi" məbədi, İspaniyadakı Kordoba məscidi və "Əlhambra" sarayı, Vaşinqtondakk Linkoln xatirə abidəsi və Milanın "Duomo" məbədi var.

"TripAdvisor" səyahətçiləri, həmçinin Parisdəki Eyfel qülləsini, Londondakı "Big Ben"i, Afinadakı "Akropol"u, İstanbuldakı Aya Sofya məbədini, Brüsseldəki "Grand Place" meydanını, Rio-de-Janeyroda İsa Peyğəmbərin abidəsini, Böyük Çin Səddini, Meksikadakı "Çiçen-İtsa" - qədim Mayya şəhərini, Dubaydakı Bürc Xəlifə göydələnini və dünyanın digər möhtəşəm yerlərini görməyi tövsiyə edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti