...

2016-cı il bir saniyə uzanacaq

Maraqlı Materials 30 Dekabr 2016 12:13 (UTC +04:00)
Beynəlxalq Yerin Fırlanması Xidmətinin (IERS) mütəxəssisləri 2016-cı 31 dekabrın son dəqiqəsinə bir saniyə əlavə edəcək
2016-cı il bir saniyə uzanacaq

Bakı. Trend:

Beynəlxalq Yerin Fırlanması Xidmətinin (IERS) mütəxəssisləri 2016-cı il 31 dekabrın son dəqiqəsinə bir saniyə əlavə edəcək. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

Məlumata görə, əlavə bir saniyə Yerin günəş ətrafında fırlanma sürətinin azalması ilə əlaqədardır və universal saat qurşağının (UTC) uyğunlaşdırılması məqsədi ilə həyata keçirilir.

Beləliklə, dekabrın 31-dən yanvarın 1-ə keçən gecə saniyələrin ardıcıllığı belə olacaq: 31 dekabr 2016, 23:59:59; 31 dekabr 2016, 23:59:60; 1 yanvar 2017, 0:00:00.

Bu cür əlavə saniyə tətbiq olunması altı aydan bir – iyun və dekabr aylarında baş tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti