...

Bu qeyri-adi masanın qiyməti 30 min dollardır (FOTO/VİDEO)

Maraqlı Materials 10 Yanvar 2017 19:24 (UTC +04:00)
Evində müasir görünüşə üstünlük verənlər üçün qeyr-adi masa istehsal edilib.
Bu qeyri-adi masanın qiyməti 30 min dollardır (FOTO/VİDEO)

Bakı. Trend:

Evində müasir görünüşə üstünlük verənlər üçün qeyr-adi masa istehsal edilib.

Bu masa "havada dayanırmış" kimi təəssürat yaradır. "Siren Design Studios" tərəfindən istehsal olunan bu qəhvə masası maqnetik sistem sayəsində havada dayana bilir.

Masada alt və üst lövhələr arasındakı bağın zəmanət altına alınması üçün isə elastik kabellərdən istifadə edilib. Beləliklə də, qəhvə masasına ayağınızı qoyduğunuzda masa o istiqamətə doğru əyilir, lakin havada qalma xüsusiyyəti pozulmur.

Qeyri-adi dizaynı olan qəhvə masasına sahib olmaq üçün isə, istifadəçilər böyük məbləğdə pul ödəməli olacaqlar. Bu qiymət nə az nə çox düz 30 min dollardır. Onu da nəzərinizə çatdıraq ki, sifarişi verdikdən sonra ən azı bir ay gözləməli olacaqsınız.

Bu barədə daha ətraflı bilmək və eyni zamanda həftə ərzində texnologiya dünyasında baş verən yeniliklər haqda xəbərdar olmaq istəyirsinizsə, o zaman mütləq "Texno Park"ı izləyin.

"Texno Park" bazar günü saat 18:00, təkrarı isə çərşənbə axşamı, saat 21:00-da Zaur Əliyevin təqdimatında, Lider kanalında!

Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz:
Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6

https://www.youtube.com/TexnoPark
https://www.facebook.com/AZTexnoPark/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti