...

Mobil telefonla çəkdiyi şəkillə körpəsində göz xəstəliyi aşkarladı (FOTO)

Maraqlı Materials 28 Noyabr 2018 10:37 (UTC +04:00)
Ana mobil telefonu ilə çəkdiyi fotolara diqqətlə baxdığında 3 aylıq körpəsinin bir gözünün ağ rəngli göründüyünü (normalda qırmızı rəngli göz dibi refleksionu olmalıdır) hiss edib və bu diqqətcilliyi sayəsində zamanında göz həkiminin müayinəsindən sonra Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edib, uşağı MRT müayinəsindən keçirərək dəqiq diaqnozun təyin olunmasına nail olub.
Mobil telefonla çəkdiyi şəkillə körpəsində göz xəstəliyi aşkarladı (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Ana mobil telefonu ilə çəkdiyi fotolara diqqətlə baxdığında 3 aylıq körpəsinin bir gözünün ağ rəngli göründüyünü (normalda qırmızı rəngli göz dibi refleksionu olmalıdır) hiss edib və bu diqqətcilliyi sayəsində zamanında göz həkiminin müayinəsindən sonra Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edib, uşağı MRT müayinəsindən keçirərək dəqiq diaqnozun təyin olunmasına nail olub.

Trend-in məlumatına görə, müraciət edərkən şikayətlər leykokoriya ("pişik gözü refleksi"), mikroftalmiya (gözün anomal inkişafı: göz almasının normadan kiçik ölçüdə olması) və görmə zəifliyi (bunu körpə hissə etməsə də, valideynlərin diqqətindən yayınmayıb) ilə bağlı olub.

Qeyd edilən əlamətlərlə müşahidə edilən retinoblastoma xüsusilə uşaqlarda rast gəlinən gözün retinasının şiş xəstəliyidir. Şiş əksər hallarda gözün birində əmələ gəlir. Amma bəzi hallarda hər iki gözdə də baş verə bilər.

Retinada bir törəmə olaraq yaranan bu xəstəlik hətta mobil telefonla aşkar edilə bilər. İşıqlı fotolarda uşaqların göz bəbəyində görünən bəyaz parlaqlıq sayəsində uşağın retinablastoma olub-olmadığını müəyyən edə bilərsiniz. Yenidoğulmuşun kataraktası və kongenital persistan vitreus kimi digər patologiyalar da leykokoriyaya səbəb ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti