...

Bunu için - Xərçəng və diabet riskini azaldır

Maraqlı Materials 4 İyul 2019 22:20 (UTC +04:00)
Süd və süd məhsullarının düzgün istehlak olunması bir sıra xroniki xəstəliklərin qarşısını alır
Bunu için - Xərçəng və diabet riskini azaldır

Bakı. Trend:

Süd və süd məhsullarının düzgün istehlak olunması bir sıra xroniki xəstəliklərin qarşısını alır, uşaqların sümüklərini möhkəmləndirir, yaşlılarda isə əzələlərin yumşalmamasına kömək edir.

Trend-in məlumatına görə, İspaniyanın Qranada Universitetinin mütəxəssisləri bu qənaətə gəlib.

Qeyd olunur ki, südün tərkibində zülallar, kalsium, maqnium, fosfor, kalium, sink, selen, A vitamini, riboflavin, B12 vitamini var.

Qida rasionuna süd məhsullarının əlavə olunması bağırsaq və sidik kisəsi xərçənginə tutulmaq riskini azaldır. Bundan başqa, süd məhsullarının ikinci tip diabetin inkişaf riskini azaltdığı ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti