...

İrlandiya sakini lotereyada 49,5 milyon avrodan çox məbləğ qazanıb

Maraqlı Materials 22 İyul 2020 05:01 (UTC +04:00)
İrlandiya sakini lotereyada 49,5 milyon avrodan çox məbləğ qazanıb

Bakı. Trend:

İrlandiya sakini təxminən 49.6 milyon avro dəyərində "EuroMillions" lotereyasının cekpotunu udub.

Trend-in məlumatına görə, bu barədə İrlandiyanın milli lotereyası xəbər verib.

Xəbərdə deyilir: "EuroMillions-un xoşbəxt oyunçusu cekpotda möcüzəvi 49 564 586 avro məbləğ udub".

Uduş lotereyasının sahibi beş əsas və iki əlavə rəqəmləri düz tapa bilib. Uduşun ölkənin hansı bölgəsindən qazanılması barədə məlumat verilmir.

Xatırladaq ki, EuroMillions 2004-cü ildən əvvəlcə İspaniya, Fransa və İngiltərədə oynanılıb. Daha sonra Avstriya, Belçika, İrlandiya, Lüksemburq, Portuqaliya, İsveçrə və Lixtenşteyn kimi ölkələr lotereyaya qoşulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti