...

"Qarabağ" birinci təsnifat mərhələsində "Sileks"i məğlub edib

Maraqlı Materials 18 Avqust 2020 21:57 (UTC +04:00)
"Qarabağ" birinci təsnifat mərhələsində "Sileks"i məğlub edib

Bakı. Trend:

UEFA Çempionlar Liqasında mübarizə aparan Ağdam "Qarabağ" komandası birinci təsnifat mərhələsində Makedoniya "Sileks"i ilə qarşılaşıb.

Trend-in məlumatına görə, görüş "Qarabağ"ın qələbəsi ilə başa çatıb - 4:0.

Hesabı 11-ci dəqiqədə Xayme Romero açıb. İlk hissənin əsas vaxtının bitməsinə 5 dəqiqə qalmış Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 2-ci dəfə rəqibi meydanın mərkəzinə dəvət edib. Donald Gerye künc zərbəsi zamanı cərimə meydançasındakı qarışıqlıqdan məharətlə istifadə edərək topu tora göndərib. İkinci yarıda "Qarabağ" 51-ci dəqiqədə üstünlüyünü 3 topa çatdırıb. Gerye dubl edib. Oyunda son nöqtəni isə Mahir Emreli qoyub. 80-ci dəqiqədə Filip Ozobiçin ötürməsindən sonra qapıçı ilə təkbətək çıxan hücumçu dəqiq zərbə ilə komandasının böyükhesablı qələbəsini rəsmiləşdirib.

Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütün qalibi ilə qarşılaşacaq. Bu raundun görüşləri avqustun 25-26-da keçiriləcək. "Sileks" isə mübarizəyə UEFA Avropa Liqasının II təsnifat mərhələsində davam edəcək.

Xəbər lenti

Xəbər lenti