...

Nazir: "Ermənistanın Dağlıq Qarabağ üzrə sənədlə bağlı razılığa gəlməsi ciddi irəliləyiş ola bilər"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Sentyabr 2007 12:28 (UTC +04:00)
Nazir: "Ermənistanın Dağlıq Qarabağ üzrə sənədlə bağlı razılığa gəlməsi ciddi irəliləyiş ola bilər"

Azərbaycan, Bakı / Trend K.Ramazanova/ Cümə axşamı Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun verdiyi məlumata görə, Ermənistanın danışıqlar masasına təqdim olunan sənədlə bağlı razılığa gəlməsi danışıq prosesində böyük irəliləyişə səbəb ola bilər.

Ermənistan xarici işlər idarəsinin rəhbəri Vardan Oskanyan əvvəllər müzakirə olunan sənədi ədalətli adlandırıb. "Bu sənəd bütün vacib olan komponentləri əks etdirir" - deyə nazir bildirib.

Ermənistan XİN-in rəhbəri bəyan edib ki, bu təkliflər paketi problemi həll etməyə imkan verir. "Bu balanslaşdırılmış sənəddir və biz danışıqları bu əsasda davam etdirməyə hazırıq" - deyə Oskanyan qeyd edib.

Azərbaycanın xarici işlər naziri bəyan edib ki, Ermənistan tərəfi Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Pererburqda keçirilən görüşündən əvvəl ATƏT-in Minsk qrupunun həmsədrlərinin irəli sürdüyü təkliflərlə razılaşmayıb. "Lakin Ermənistanın xarici işlər naziri müzakirə olunan sənədlə razı olduğunu bəyan edirsə, bu o deməkdir ki, Ermənistan mövqeyini dəyişib" - deyə Məmmədyarov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1992-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i , yəni Dağlıq Qarabağ ərazisi və ona bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə nail olmuş və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti