...

Metyu Brayza: "Ehtiyac yaranacağı təqdirdə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçirilə bilər"(video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Sentyabr 2007 21:10 (UTC +04:00)
Metyu Brayza: "Ehtiyac yaranacağı təqdirdə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçirilə bilər"(video)

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/ Ehtiyac yaranacağı təqdirdə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü təşkil oluna bilər.

Bu barədə çərşənbə axşamı jurnalistlərə ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşünün yekununa əsasən amerikalı həmsədr Metyu Brayza bildirib.

"Biz indi bütün təkliflərə baxırıq, əgər ehtiyac yaranarsa prezidentlərin görüşü baş tutacaq",-deyə Brayza bildirib.

Amerikalı həmsədrin sözlərinə görə, bugünkü görüş zamanı müəyyən irəliləyişə nail olunub. "Biz Azərbaycan tərəfdən ciddi irəliləyiş gördük",-deyə Brayza bildirib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan prezidentlərinin mövqeləri aydındır və bir neçə çətin qərar qəbul etmək qalır. "Biz ümid edirik ki, bunu etmək mümkün olacaq",-deyə diplomat hesab edir.

Fransalı həmsədr Bernar Fasye bildirib ki, ötən illərlə müqayisədə detallı danışıqlar gedir və vəziyyət Paris prosesindəkindən fərqlənir.

Xəbər lenti

Xəbər lenti