...

Səfir: "Ermənilər Azərbaycan soyadları altında Avstriyadan sığınacaq istəyirlər"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Sentyabr 2007 18:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Ermənilər Azərbaycan soyadları altında Avstriyadan sığınacaq istəyirlər. Cümə axşamı Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılovun telefonla verdiyi məlumata görə, Avstriyanın Federal Sığınacaq Xidməti Azərbaycanın Avstriyadakı səfirliyinə dəfələrlə belə faktların araşdırılması ilə bağlı müraciət edib.

"Özlərini Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində qaçqın düşmüş şəxslər və münaqişənin qurbanları kimi təqdim edən erməni millliyətli qeyri-leqallar Avstriyada sığınacaq əldə etmək istəyirlər" - deyə səfir bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1992-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabaq ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Azərbaycanın Avstriyadakı səfirliyi bu ölkənin Daxili İşlər Nazirliyinin Sığınacaq üzrə Federal Xidmətinə, Avstriya ərazisində yaşayan və özünü azərbaycanlı kimi təqdim edən erməni milliyyətli şəxsləri ifşa edən materiallar təqdim edib. O, belə bir faktla neçə dəfə qarşılaşdığını deməkdə çətinlik çəkib, lakin bildirib ki, belə faktlar kifayət qədərdir.

Səfirlikdə, Avstriyada qanunsuz yaşayan azərbaycanlıların sayı barədə dəqiq məlumat yoxdur. "Qeyri-leqalların əksəriyyəti Almaniyada qeyrni-qanuni olaraq yaşamış erməni mənşəli şəxslərdir ki, onlar da bu ölkəni tərk etməli olurlar. Əksər hallarda, onlar özləri barədə yanlış məlumat verir, özlərini azərbaycanlı kimi, keçmiş Azərbaycan vətəndaşı kimi təqdim edirlər" - deyə səfir bildirib.

Səfirin sözlərinə görə, səfirlik özü bu şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə məşğul olmur, lakin malik olduğu məlumatı Avstriyanın hakimiyyət orqanlarına təqdim edir.

"Hər iki ölkə bu sahədə əməkdaşlıq məsələlərinin nizamlanması istiqamətində fəal çalışırılar" - deyə səfir bildirib. Onun sözlərinə görə, oktyabrın əvvəllərində Azərbaycana Federal Xidmətin missiyasının səfəri planlaşdırılır, səfər zamanı Azərbaycan tərəfi ilə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

"Qeyri-qanuni vətəndaşların probleminin həlli üçün, bu məsələni nizamalayacaq sənəd lazımdır. Azərbaycan və Avstriya arasında bu sahədə çərçivə sazişi mövcuddur, lazım gələrsə, tərəflər Federal Xidmət və Azərbaycanın Dövlət Miqrasiya Xidməti arasında readmissiyaya dair müqavilə layihəsi hazırlayacaqlar" - deyə səfir bildirib.

Xəbər lenti

Xəbər lenti