Ermənistan pezidenti Robert Köçəryan çərşənbə günü ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupunun həmsədrlərini, Yuri Merzlyakov (Rusiya), Metyu Brayza (ABŞ), Bernard Fasye (Fransa), həmçinin, regional səfər çərçivəsində İrəvanda olan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.
"Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin hazırki mərhələsini, xüsusilə də, razılıq əldə olunmamış məsələləri müzakirə ediblər" - deyə Ermənistan dövlət başçısının mətbuat xidmətindən "Novosti-Armeniya" agentliyinə verilən məlumatda bildirilir.
Cənubi Qafqaz regionuna səfər çərçivəsində, ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 26-da Azərbaycana səfər edəcəklər. Həmsədrlərin Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla və prezident İlham Əliyevlə görüşəcəkləri gözlənilir.