...

Azərbaycanlı deputat: "Dondurulmuş münaqişələr"in həllində hüququn aliliyi prisipinin əsas götürülməsi Azərbaycanın maraqlarına cavab verir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Noyabr 2007 21:10 (UTC +04:00)
Azərbaycanlı deputat: "Dondurulmuş münaqişələr"in həllində hüququn aliliyi prisipinin əsas götürülməsi Azərbaycanın maraqlarına cavab verir"

Almaniya, Berlin / Trend , müxbir A.Məhərrəmli/ Avropa Şurası çərçivəsində Berlində təşkil olunan dinləmələrdə "Dondurulmuş münaqişələr"in sülh yolu ilə həllində hüququn aliliyi barədə qaldırılan prinsip Azərbaycanın maraqlarına cavab verir. Bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Asim Mollazadə bazar ertəsi Berlində Trend ə bildirib.

Avropa Şurasının Parlament Assambleyasının Monitorinq Komitəsi Almaniyanın beynəlxalq məsələlər və təhlükəsizlik institutu ilə birlikdə noyabrın 5-6-da Berlində Dağlıq Qarabağ, Dnestryanı, gürcü-abxaz, gürcü - osetin "dondurulmuş münaqişələr"inə dair müzakirələr təşkil edib.

Forumun işində bu ölkələrin rəsmi şəxsləri, eləcə də, beynəlxalq ekspertlər, münaqişəyə cəlb olunan digər ölkələrin nümayəndələri iştirak edirlər. Venesiya Komissiyasının sədri Tomas Marker "dondurulmuş münaqişələr"ə hüquqi qiymət verməyə çağırıb.

Berlin dinləmələrində iştirak edən Asim Mollazadə bildirib ki, dinləmələrdə Avropanin bu cür münagişələrin həellində ölkələrin ərazi bütovlüyünü dəstəkləmək siyasəti özünü bürüzə verib. Xalqların oz müqəddəratını təyinetmə hüququ Avropada hansısa yeni bir yeni müstəqil dövlət yaradıilmasi kimi dəstəklənmir. Buna oxşar bir sıra gərgin nöqtələr Avropanın daxilində də var. Hər Avropa ölkəsi digər qonşu dövlətin ərazisini işğal edərsə, bu, Avropada sülhün ve təhlükəsizliyin təminatı ücün çox böyük problem ola bilər.

Deputat hesab edir ki, Avropanin diqqəti ATƏT-dən başqa, diger Avropa təşkilatlarının münaqişəyə diqqəti bizim üçün zəruridir, çünki Avropanın əsas dəyərləri: hüququn aliliyi, hümanist prinsiplər bu münaqişənin həllində əsas gotürülməlidir. Eyni zamanda, Cənubi Qafqazdakı dondurulmuş münaqişələr artıq, Avropanın təhlükəsizliyi üçün, ən azı, Avropanın enerji təhlükəsizliyi üçün cox mənfi təsirlərini göstərir. Ona görə də bizim ilk istəyimiz ondan ibarətdir ki, Avropa ictimaiyyəti, Avropa siyasətçiləri, Avropanın nüfuzlü təşkilatlari Azərbaycana bü münaqişənin həllində dəstək versin" - deyə Mollazadə bildirib.

Xəbər lenti

Xəbər lenti