...

Azərbaycanın Müdafiə Nazirliyi: "Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozub"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Noyabr 2007 11:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 15-də saat 09.55-dən 10.00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 21.50-dən 22.00-dək Füzuli rayonunun Alxanlı kəndində yerləşən mövqelərdən, həmçinin noyabrın 16-da saat 03.00-dan 03.20-dək Tərtər rayonunun Həsənqaya kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 04.00-dan 04.15-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə cümə günü Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti