...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Dekabr 2007 11:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 13-də saat 15.05-dən dekabrın 14-ü saat 00.50-dək fasilələrlə Xocavənd rayonu Kuropatkino kəndinin yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, dekabrın 13-də saat 17.30-dan dekabrın 14-ü saat 04-38-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, həmçinin dekabrın 13-də saat 19.45-dən saat 20.00-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli və dekabrın 14-də saat 05.55-dən saat 06.10-dək Qaraxanbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə cümə günü Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti