...

Azərbaycan Ermənistanı azərbaycanlı əsir və girovlara təzyiq göstərməkdə günahlandırır (video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Dekabr 2007 11:53 (UTC +04:00)
Azərbaycan Ermənistanı azərbaycanlı əsir və girovlara təzyiq göstərməkdə günahlandırır (video)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycanın Əsir, Girov və İtgin Düşənlərlə İş üzrə işçi qrupunun rəhbəri Firudin Sadıqov Ermənistanı azərbaycanlı əsir və girovlara təzyiq göstərməkdə günahlandırır. "Erməni əsirliyindən qayıdan bir çox azərbaycanlılar bu faktı təsdiq edirlər" - deyə Sadıqov bildirib. İşçi qrupun rəhbəri ötən il dekbrın 24-dən əsirlikdə olan azərbaycanlı əsir Samir Məmmədovun qaytarılması prosesinin uzadılmasını misal gətirib.

"Onun guya valideynlərinə məktub yazmaqdan imtina etməsi Ermənistan tərəfinin ona təzyiq göstərməsinə sübutdur". Sadıqovun sözlərinə görə, Azərbaycan tərəfi onun azad olunması üçün beynəlxalq təşkilatlarla fəaliyyət göstərməyi davam etdirir.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti