Azərbaycan, Bakı / Trend / Ermənistanın baş naziri, Ermənistan prezidenti postuna namizəd Serj Sarkisyan bu günlərdə bəyan edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü Dağlıq Qarabağa öz müqəddəratını təyin etmək hüququ verildiyi təqdirdə tanıya bilər.
Ekspertlərin rəyi:
Parlament Komissiyasının sədri, hakim partiyanın nümayəndəsi, deputat Eldar İbrahimov
Biz, şübhəsiz ki, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınmasını dəstəkləyirik, yalnız bundan sonra Dağlıq Qarabağın statusu məsələsinə baxıla bilər. Lakin belə bir bəyanat Ermənistanda keçiriləcək prezident seçkiləri ilə bağlı ola bilər, Ermənistanın gələcək rəhbərliyinin belə bir mövqe tutmasını demək çətindir.
Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımırsa, Dağlıq Qarabağın statusundan söhbət gedə bilməz.
Azərbaycanın Demokratik İslahatlar Partiyasının rəhbəri, deputat Asim Mollazadə
Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımırsa, Dağlıq Qarabağın statusundan söhbət gedə bilməz.
Ermənistan BMT, ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatlara üzv olan dövlət kimi Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır, bunu beynəlxalq hüquq normaları tələb edir. Bu gün Azərbaycan Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək status verməyə hazırdır.
Vəfa Quluzadə, Azərbaycanın müstəqil politoloqu:
- Bu, Ermənistan təbliğatının növbəti ağılsızlığıdır. Əgər Azərbaycan ermənilərə Dağlıq Qarabağın müqəddəratının həll edilməsi hüququ verirsə, bu o deməkdir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanıyır. Sarkisyan Azərbaycanın ərazi bütövlüyünü Dağlıq Qarabağa müstəqillik verildiyi təqdirdə tanımaq istəyir.
Rasim Musabəyov, Azərbaycanın müstəqil politoloqu:
- Bu, Ermənistanın bəyanat vermək xatirinə tutduğu bir mövqedir və münaqişənin həll prosesinə heç cür təsir göstərə bilməz.
Xəzər İbrahim, Azərbaycan XİN-in mətbuat katibi:
- Biz indi Ermənistan hökumətindən həlledici addımların atılmasını gözləyirik.
Sorğunu apardı: Səba Ağayeva