...

Ermənistan XİN Azərbaycandakı prezident seçkilərinədək Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə ümid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2008 15:57 (UTC +04:00)

Ermənistan XİN Azərbaycandakı prezident seçkilərinədək Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə ümid edir. ARKA-nın məlumatına görə, bu barədə mətbuat konfransında Ermənistanın xarici işlər naziri Vardan Oskanyan məlumat verib. "Ümid edirəm ki, Azərbaycandakı prezident seçkilərinədək danışıq prosesi tərəfləri Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə nail ola biləcəklər" - nazir bildirib.

Onun sözləringə görə, Ermənistanda prezident seçkilərinin keçirilməsi və bununla bağlı problemlər danışıq prosesinin davam etdirilməsi üçün maneə olmayacaq. Oskanyan əlavə edib ki, aprelin 9-da Ermənistanın yeni seçilmiş prezidenti Serj Sarkisyanın inaqurasiyasından sonra, o, fəal surətdə danışıqlar prosesinə qoşulacaq.

Bundan əlavə, Ermənistanın xarici siyasət idarəsi rəhbərinin məlumatına görə, Aİ-nin Cənubi Qafqaz ölkələrində xüsusi nümayəndəsi Piter Semnebi artıq Ermənistan və Azərbaycan prezidentlərini yaxın vaxtlarda ikitərəfli görüşlər keçirməyə çağırıb. Lakin görüşün dəqiq tarixi hələ müəyyən edilməyib.

"Ermənistanın yeni seçilmiş prezidenti Qarabağ münaqişəsinin dinc nizamlanması üzrə danışıqların gedişi haqqında aydın təsəvvürə malikdir, danışıqlar masasında yerləşən və bizim təqdir etdiyimiz sənədəin tərkibi ilə tanışdır" - Oskanyan əlavə edib.

Xəbər lenti

Xəbər lenti