...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2008 10:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 25-də saat 16.30-dan 16.40-dək Ermənistan Respublikası Noyamberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Aşağı Əskipara kəndi sahəsində yerləşən mövqelərini, saat 16.20-dən 16.50-dək Goranboy rayonunun Gülüstan kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 20.30-dan 20.50-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 23.18-dən 00.00-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yaxınlığında yerləşən mövqelərdən, fevralın 26-da saat 00.50-dən 01.10-dək Tərtər rayonunun Göyarx kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti