...

Dağlıq Qarabağın 1988-ci ildəki kvo-statusuna qayıtmaq mümkün deyil - Ermənistan prezidenti

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Fevral 2008 18:10 (UTC +04:00)

Dağlıq Qarabağın 1988-ci ildəki kvo-statusuna və Azərbaycanın tərkibində yüksək muxtariyyat variantına qayıtması mümkün deyil. Bu barədə Ermənistan prezidenti Robert Köçəryan cümə günü Yerevan Dövlət Universitetinin tələbələri qarşısında çıxışı zamanı bildirib.

"1988-ci ildə vəziyyət başqa idi, belə ki, Sovet İttifaqı mövcud idi, bu gün isə, həmin varianta qayıtmaq mümükün deyil" - Ermənistan prezidenti bildirib,- "Novosti Armeniya" xəbər verir. həllinə

Onun sözlərinə görə, hazırkı vaxtda Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmaq və ya nəyin bahasına olursa - olsun, nail olmaq üçün tələsmək lazım deyil. Köçəryan bildirib ki, qeyd olunan hər iki variant qəbulolunmazdır və Ermənistan tərəfi öz mövqelərini dəqiqləşdirməli, gələcək addımlar diqqətlə düşünülməlidir.

"Biz bilməliyik nəyə nail olmaq istəyirik və əgər mümkün olsa, buna gələn il, iki il sonra və ya 20 il sonra nail olmağa çalışmalıyıq. Lakin əsas məsələlərdə güzəştə getmək və məğlub mövqedə durmaq olmaz" - dövlət başçısı qeyd edib.

Köçəryan deyib ki, bu cür bəyanatlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi olan ölkələrin mövqeyinə mənfi təsir göstərə bilər, onlarda belə təəssürat yarana bilər ki, erməni xalqının bir hissəsi belə güzəştə getməyə hazırdır".

Xəbər lenti

Xəbər lenti