...

Azərbaycan Milli Ordusunun əsgəri şəhid olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Mart 2008 12:50 (UTC +04:00)
Azərbaycan Milli Ordusunun əsgəri şəhid olub

Azərbaycan, Bakı, 04 mart / Trend ", müxbir E.Hüseynli, K.Zərbəliyeva/ Ermənistan Silahlı Qüvvələrinin martın 4-ü səhər saatlarında atəşkəsi pozması nəticəsində Azərbaycan Milli Ordusunun əsgəri şəhid olub.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib.

1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Trend "un bölgə müxbirinin məlumatına görə, şəhid olan əsgər Zaqatala rayon sakini Mövlud Həbib oğlu Quciyevdir.

Quciyev 2007-ci ilin yanvarında Zaqatala Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Azərbaycan Müdafiə Nazirliyi əlavə məlumat verməkdən imtina edib.

Xəbər lenti

Xəbər lenti