Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədi ilə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkili üzərində işləyir. İTAR-TASS -ın verdiyi xəbərə görə, bu barədə çərşənbə axşamı Rusiya Federasiyasının XİN başçısı Sergey Lavrov Dövlət Dumasında parlament dinləmələri zamanı çıxış edərkən bildirib.
"Rusiyada Dağlıq Qarabağ ətrafında yaranan vəziyyətlə bağlı narahatlıq var. Biz vəziyyətin nizamlanması üzrə Minsk Qrupunun digər iştirakçıları ilə də işləyirik" - deyə nazir bildirib.
"Hazırda Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünün təşkili edilmə imkanları müzakirə olunur. Biz əminik ki, həm Azərbaycan, həm də Ermənistan üçün qabul edilə bilən həll tapmaq mümkündür" - deyə Lavrov bildirib.