...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyul 2008 10:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul/ Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 13-də saat 13.30-dan 13.40-dək və saat 15.25-dən 15.29-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 20.05-dən 20.25-dək Goranboy rayonunun Borsunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.55-dən 23.15-dək Füzuli rayonunun  Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən və saat 21.00-dan 21.22-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub. İtki yoxdur.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Xəbər lenti

Xəbər lenti