...

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ermənistan-Azərbaycan münaqişəsi tərəflərini danışıqlar prosesində çevikliyə çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Sentyabr 2008 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir R.Novruzov/ ATƏT-in ABŞ-dan olan həmsədri Metyu Brayza Dağlıq Qarabağ münaqişəsi tərəflərini danışıqlar prosesində daha çox çeviklik göstərməyə çağırır. "Ola bilsin Rusiyanın Gürcüstana hücumu tərəflərin daha çevik olmasına bilavasitə təsir edib və ABŞ bu çevikliyi dəstəkləmək üçün əlindən gələni edəcək", - Brayza cümə axşamı Dövlət Departamentində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ABŞ hökuməti münaqişənin həllinə dair ədalətli və möhkəm qərarın qəbul edilməsi üçün əlindən gələni edəcək. "Münaqişə bizim Azərbaycanın ərazi bütövlüyünə dəstəyimiz prinsiplərinə istinadən həll ediləcək", - Brayza bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti