...

Azərbaycan və Ermənistan liderləri Dağlıq Qarabağ münaqişəsi üzrə razılığa gəlməyə hazırdırlar – amerikalı həmsədr (video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Sentyabr 2008 18:31 (UTC +04:00)
Azərbaycan və Ermənistan liderləri Dağlıq Qarabağ münaqişəsi üzrə razılığa gəlməyə hazırdırlar – amerikalı həmsədr (video)

Azərbaycan, Bakı,18 sentyabr / Trend , müxbir R.Novruzov/ Azərbaycan və Ermənistan liderləri Dağlıq Qarabağ münaqişəsi üzrə razılığa gəlməyə hazırdırlar. Bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza bildirib.

"ABŞ Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir və münaqişənin həllinə yardım göstərməyə hazırdır. Bu problem üzrə razılıq Azərbaycanın ərazi bütövlüyü əsasında əldə olunmalıdır", - deyə cümə axşamı Bakıda jurnalistlərə Brayza bildrib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycan ərazisinin 20 faizi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994 -cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ -ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Brayzanın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllindən mühüm heç nə yoxdur və ABŞ razılaşmanın əldə olunmasında tərəflərə yardım göstərməyə hazırdır.

"Azərbaycan həm çətin, həm də dinc dövrlərdə ABŞ -ın dəstəyinə ümid bəsləyə bilər ", - deyə diplomat bildirib.

Minsk Qrupunun amerikalı həmsədri bu həftə Ermənistan -Azərbaycan münaqişəsi regionuna səfər edib, burada Azərbaycan və Ermənistan rəhbərlikləri ilə danışıqlar aparıb, BMT Baş Assambleyasının sessiyasında iştirak çərçivəsində, iki ölkənin xarici işlər nazirlərinin Nyu -Yorkda keçiriləcək görüşlərini onlarla müzakirə edib.

Onun fikrincə, iki ölkə arasında sülh sazişi hər iki tərəfin razı qalacağı formada əldə olunmalıdır. "Sövdələşmə hər iki ölkə tərəfindən qəbul edilməli və ədalətli olmalıdır", - deyə Brayza bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvıanı - trend

Xəbər lenti

Xəbər lenti