...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini bir neçə istiqamətdə pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Sentyabr 2008 10:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 sentyabr/ Trend , müxbir E.Hüseynli/Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 19 - da saat 23.25 - dən 23.55 - dək Füzuli rayonunun Aşağı Veysəlli və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 23.10 - dan 23.50 - dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, sentyabrın 20 - də saat 05.10 - dan 05.25 - dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Xəbər lenti

Xəbər lenti