...

Azərbaycanın Xocavənd rayonu ərazisində mina partlayışından bir nəfər xəsarət alıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Oktyabr 2008 18:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 oktyabr / müxbir K. Zərbalıyeva/ Azərbaycanın Xocavənd rayonu ərazisində mina partlayışından bir nəfər xəsarət alıb.

Ərazilərin Minadan Təmizlənməsi üzrə Milli Agentliyinin mətbuat xidmətinin cümə günü yaydığı məlumata görə, cümə günü səhər saat 9:00 radələrində Saatlı rayonunun Dədə Qorqud kənd sakini Hüseynov Yaqub Aslan oğlu Xocavənd rayonunun Qaradağlı kəndi ərazisinə aid olan sahədə traktorla əkin sahəsini şumlayarkən, tank əleyhinə (TƏ) minaya düşüb və ağır xəsarət alıb.

Xocavənd rayonunun böyük hissəsi 1992 - ci ilin oktyabrında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Daha sonra Azərbaycanın Milli Ordusu Xocavəndin bəzi kəndlərini işğaldan azad edib. Ermənistan Silahlı Qüvvələri işğal zamanı həmin kəndləri minalayıb.

Yaralı Bakı şəhər xəstəxanalarından birinə aparılıb, hazırda xəstənin vəziyyəti ağırdır.

ANAMA - dan bildirilib ki, qurum tərəfindən həmin ərazinin təhlükəli olması haqqında dəfələrlə aidiyyatı təşkilatlara məlumat verilib. Buna baxmayaraq, həmin ərazilərə yerli sakinlərin daxil olmasına və orada kənd təsərrüfatı işlərinin aparılmasına qadağa qoyulmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti