...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Noyabr 2008 10:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 noyabr / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 10-da saat 13.50-dən 13.55-dək, 15.40-dan 16.05-dək və 16.35-dən 16.50-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Mosesqex və Ayqepar kəndləri, İcevan rayonu Azatamut kəndi və Noyemberyan rayonu Voskevan kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu Əlibəyli, Koxanəbi, Qazax rayonu Cəfərli və Quşçu Ayrım kəndləri ərazisində yerləşən mövqelərini, saat 10.20-dən 10.30-dək, 15.30-dan 16.00-dək və noyabrın 11-də saat 00.05-dən 00.15-dək fasilələrlə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 11.30-dan 11.40-dək və noyabrın 11-də saat 02.10-dan 02.20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 18.35-dən 18.55-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 19.05-də Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.25-dən 20.30-dək Qazax rayonunun Məzəmli kəndi yaxınlığında yerləşən mövqelərdən, noyabrın 11-də saat 00.55-dən 01.10-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat, pulemyot və avtomatik qumbaraatanlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti