...

Əfqanıstan dünyanın hər yerində soyqırımın əleyhinədir – XİN rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Dekabr 2008 20:23 (UTC +04:00)
Əfqanıstan dünyanın hər yerində soyqırımın əleyhinədir – XİN rəhbəri

Azərbaycan, Bakı, 02 dekabr / Tren , müxbir D.Xatınoğlu/ Rəsmi Kabil dünyanın hər yerində soyqırımı pisləyir.

"Əfqanıstan dünyanın hər yerində soyqırımın əleyhinədir", - Əfqanıstan İslam Respublikasının XİN rəhbəri Rəngin Dadfər Spanta Trend -a eksklüziv müsahibəsində deyib.

Əfqanıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, - Dadfər çərşənbə axşamı söləyib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb.1992-ci ildən bəri Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 - cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Əməkdaşlıq perspektivlərinin müzakirəsi məqsədilə Əfqanıstan xarici işlər naziri Dadfərin dekabrın 16 - da Bakıya səfəri planlaşdırılır.

Bu, Əfqanıstan XİN rəhbərinin Azərbaycana ilk səfəridir.

Dadfər əlavə edib ki, iki ölkə arasındakı tarixi münasibətlər nəzərə alınmaqla, ikitərəfli əlaqələrin daha da genişlənməsinə ümid edir. Əfqan nazirin sözlərinə görə, Azərbaycanın Kabildə səfirliyinin açılması, Əfqanıstandakı azərbaycanlı sülməramlıların fəaliyyəti məsələləri müzakirə olunacaq.

Əfqanıstanda təhlükəsizliyə yardm beynəlxalq qüvvələrinin strukturunda 90 nəfər Azərbaycan sülhməramlısı xidmət edir var. Onlar Kabildə post-patrul xidməti həyata keçirirlər.

Bir müddət öncə prezident İlham Əliyevin göstərişilə Azərbaycanın yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti Kabilə səfər edib və Əfqanıstan rəsmiləri ilə görüşlər keçiriblər. Dadfər hesab edir ki, bu görüşlər tərəflər arasında müzakirə olunacaq mövzuları daha da genişləndirib.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti