...

Ankara Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Helsinkidə qəbul edilmiş sənədi mühüm addım kimi dəyərləndirir - Türkiyə XİN başçısı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Dekabr 2008 00:11 (UTC +04:00)
Ankara Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Helsinkidə qəbul edilmiş sənədi mühüm addım kimi dəyərləndirir - Türkiyə XİN başçısı

Türkiyənin xarici işlər naziri Əli Babacan dekabrın 5-də İstanbulda ATƏT xarici işlər nazirlərinin Finlandiyada baş tutmuş toplantısında iştirakı ilə bağlı mətbuat konfransı keçirib.


AzərTAc-ın yaydığı xəbərdə bildirilir ki, Əli Babacan Helsinkidə Azərbaycanın və Türkiyənin Ermənistan ilə münasibətlərini müzakirə etdiyini, hər iki ölkənin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirdiyini bildirib. O əlavə edib ki, Türkiyə ATƏT-in Minsk qrupu həmsədrlərinin də iştirak etdiyi toplantıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli istiqamətində danışıqların sürətləndirilməsi barədə qəbul olunmuş sənədi mühüm addım kimi dəyərləndirir.


Əli Babacan bildirib ki, ATƏT xarici işlər nazirlərinin görüşü çərçivəsində 5 ölkə - Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan və Ermənistanın xarici işlər nazirləri Ankaranın irəli sürdüyü Cənubi Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasını müzakirə ediblər.

Onun sözlərinə görə, Türkiyə bu platforma çərçivəsində səylərini davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti