...

Azərbaycan ərazilərinin işğalı davam edənədək Azərbaycan və Ermənistan arasında əməkdaşlığın bərpa olunması mümkün deyil – prezident İlham Əliyev

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Yanvar 2009 19:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar/ Trend , müxbir Y.Ostapenko/ Azərbaycanın əraziləri Ermənistanın işğalı altında olduqca, Azərbaycan və Ermənistan arasında əməkdaşlıq mümkün deyil, - Azərbaycan prezidenti İlham Əliyev hesab edir.

"Torpaqlarımızın erməni silahlı qüvvələri tərəfindən işğalı davam etdikcə Ermənistanla heç bir münasibətimiz olmayacaq". - İlham Əliyev Davosda (İsveçrə) Ümumdünya İqtisadi Forumunda bildirib.

"Xəritəyə baxsaq, elə görünə bilər ki, karbohidrogenlərimizin Qərbə nəqli üçün ən yaxşı marşrut Ermənistandan keçir, - İlham Əliyev deyib. - Lakin siz bu torpaqda olsanız, görəcəksiniz ki, bu ən uzun yoldur".

Azərbaycan Ermənistanın beynəlxalq hüquqi normalara, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməsini və öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmasını tələb edir, - prezident bildirib.

Onun sözlərinə görə, əlaqələr və əməkdaşlıq yalnız sülh əldə olunduqdan sonra bərpa edilə bilər ki, bu da regionun bütün ölkələri üçün faydalı olacaq.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ və  ona bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ - ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır. 

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:  [email protected]

Xəbər lenti

Xəbər lenti