...

Bakı Yerevanı müəyyən fikirlər səsləndirməkdən çəkinməyə çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Fevral 2009 13:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral/ Trend , müxbir E.Rüstəmov/ Bakı Yerevanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə mane ola biləcək ifadələrdən çəkinməyə çağırır.

Əvvəllər Ermənistan prezidenti Serj Sarkisyan kütləvi informasiya vasitələrinə müsahibəsində bildirib ki, "Böyük Ermənistan"ın yaranmasını arzu edir. Sarkisyanın sözlərinə görə, Dağlıq Qarabağ heç vaxt Azərbaycana qayıtmayacaq.

"ATƏT-in Minsk Qrupu həmsədrləri Ermənistan tərəfinə başa salmalıdırlar ki, əgər sülh yolu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yoludursa, Ermənistan müvafiq mövqe nümayiş etdirməli və belə fikirlər səsləndirməməlidir", - deyə cümə günü jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

"Ermənistan tərəfi əvvəllər də belə bəyanatlar verib. Biz hesab edirik ki, bu kimi bəyanatlar münaqişənin həllinə yardım göstərmir, əksinə ona maneə yaradır", - deyə İbrahim bildirib.

Xəbər lenti

Xəbər lenti